Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında səngiyən qalmaqal yenidən qızışıb. Aktrisa qarşı tərəfə səslənərək od püskürüb.
Unikal.org xəbər verir ki, M. Xanlarova səbrinin həddi olduğunu bildirib:
"Mən hələ susuram, amma bu, o demək deyil ki, hər şeyi unutmuşam. Sadəcə, gözləyirəm. O adam mənim nəslimi, atamı təhqir edib. Deyib ki, Mehriban getsin soyadından utansın-¦ Soyadımdan niyə utanmalıyam ki? Mənim atam əsl kişi olub, onunla həmişə fəxr etmişəm. Heç vaxt da heç kimə ixtiyar vermərəm ki, nəslimi və atamı biabır etsin. O adam məni təhqir edib və buna görə də məndən üzr istəyəcək. Özü də elə-belə dilucu üzrxahlığı nəzərdə tutmuram ha! Əməlli-başlı, sosail şəbəkədə, ya da lap sizin sayt vasitəsilə üzr istəsin".
Aktrisa üzr istəyəcəyi təqdirdə Kərimi bağışlayacaqmı?
Barışığın mümkünsüzlüyünü deyən M. Xanlarova belə bir insanla münasibətini davam etdirməyəcəyini bildirib:
"Məni biabır edən adamla ünsiyyəti necə davam etdirə bilərəm? Vaxtilə Kərimlə normal münasibətlərimiz olub, amma bundan belə mümkün deyil. Üzr istəsin, əks halda, yenidən onunla məhkəmədə görüşəcəm".yenicag.az