Müğənni Aysel Əlizadə yeni eşq macəraları ilə gündəmə gəlib.

Unikal.org bakipost.az-a istinadən xəbər verir ki, onun yeni sevgilisi ilə münasibətləri şou-biznes aləmində əsas müzakirə mövzusuna çevrilib. Məlumata görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir.

Həmin şəxsin müğənniyə son model "Porsche avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilir. Həmin şəxs 45 yaşındadır, daha çox "Yetim ləqəbi ilə tanınır.

A.Əlizadənin köməkçisi LəmanTağıyeva açıqlamasında məlumatı təkzib edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl maqazin verilişlərinin birində imkanlı bir şəxslə evlənmək istədiyini bildirmişdi. 

***

"Qafqazinfo"nun məlumatına görə, həmin şəxs Bakıda məşhur avtoqaleriyanın sahibi Elçindir. O, Aysel Əlizadə üçün son model olan "Porsche almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edib. "90 EA 333 seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.