"Mən həyat yoldaşımla 1-2 ay küsülü olub, sonra barışdım. Aramızda hər şey olur.
 

Unikal.org xəbər verir ki, bu sözləri "APA TV-nin "Show time verilişində qonaq olan əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.

O, bildirib ki, həyat yoldaşından rəsmən boşanmayıb: "Deyirlər ki, mənim ailəm dağılıb. Yox, bu belə deyil. Hamının ailəsində söz olur. Ola bilər ki, aramızda inciklik olur, sonra keçir. İndi bura nikah vəsiqəsini gətirəsi deyildim ki? Lazım olsa, onu da gətirərəm. Mən elə bir müğənniyəm ki, şəxsi həyatımı kiməsə danışmağı sevmirəm. Ailəmin içində olanlar hər şeyi bilə bilər. Amma bunları kənarda danışmaq ayıbdır. Ümumiyyətlə ailəni gündəmə gətirmək, reklam eləmək düzgün deyil. Yoldaşımla aramızda inciklik olur, amma boşanmamışıq.