Tanınmış stilist Samiraldo (Samir Əliyev) metbuat.az-a  müsahibə verib.

Unikal.org həmin müsahibəni təqdim edir:

- Səhhətinizdə problemlər olsa da, demək olar ki, dincəlmirsiniz. Hətta gecələr də gəzirsiniz.

- Nə edim, məni insanlar istəyir. Onları sevindirirəm. Bütün günü insanlarla ünsiyyətdə oluram. Onların sevgisini qazanmışam, ona görə də onların yanındayam. Demək olar, gecələr yatmıram, bütün günü gəzirəm.

- Uzun illər sonra insanların sevgisini qazanmaq həyatınızı əsaslı dəyişdi

- İnsanların sevgisi hər adama verlmir. Tək-tək adamlara verilir. Dünyada fanat sevgisi Madonnaya, Maykl Ceksona olub. Azərbaycanda fanat sevgisi yox idi, amma mən bunu yaratdım.

- Sevənlərlə yanaşı, təhqir edənlər də var.

- Artıq buna öyrəşmişəm. Bu, çox normaldır. Tərbiyəsiz insanlardır. Kimisi söyüş söyür, kimisi istədiyini deyir. Hər kəs öz tərbiyyəsini nümayiş etdirir. Bu da artıq məni narahat etmir.

- İnsanların sevdiyi Samiraldo özü hələ də heç kimi sevmir?

- İnsan birini sevməsi üçün gərək uşaqlıqdan sevgi görsün. Uşaq həyat sevgisi, ailə sevgisi görməlidir. Bu sevgidən məhrum olmuşam deyə, onun iyini belə hiss eləmirəm. İndi mən heç kimə sevgimi verə bilmirəm. Amma insanlar məni çox sevirlər.



- Burada heç sıxılmırsınız?

- Mən Azərbaycana bağlı insanam. Hər hansı münasibətlər məni buradan getməyə məcbur edə bilməz. Azərbaycan xalqı, mətbəxi, havası... Məni burdan getməyə qoymur. İnanıram ki, başqa ölkəyə getsəm, bağrım çatlayar.

- Saçınızın tökülməsinin qarşısını almaq istəmirsiniz?

- Artıq bu imicimlə Samiraldo obrazı yaranıb. Mən saç əkdirmək istəmirəm. Olduğum kimi insanlara maraqlıyamsa, nəyə lazımdır? Ona görə buraxmışam öz axarına, mənə belə xoşdur.

- Samiraldo özünü kişi yoxsa qadın kimi hiss edir?

- Samiraldo kişidir. Kimsə deyə bilməz ki, o, qadındır. Mən illərlə kişi kimi yaşamışam. Lakin mənim sənətim stilistdir. Moda sahəsinin adamıyam. Daim dəbi izləyirəm. Ona görə insanların gözündə Samiraldo obrazı yaranıb. Ancaq mən qadın deyiləm.

- Bu günə qədər sosial şəbəkədə aldığınız ən maraqlı ismarışda nə yazılıb?

- Sosial şəbəkələrdən müxtəlif ismarışlar gəlir. Kimisi çox istədiyini, kimisi mənimlə görüşmək istədiyini deyir. Biri keçən dəfə yazıb ki, bilirəm, siz xeyirxah insansınız. İnsanlara yardım edirsiniz. Mənə 10 000 AZN borc verərsiniz? Mən də dedim, o pulu bir yerdə tapsanız, mənə də verin istifadə edim. Hardadı məndə 10 000 manat? Amma imkanım olsa, verərəm.

- Azərbaycanda nömrə 1 stiist kimdir? Elnur, Anar yoxsa...?

- Azərbaycanda nömrə 1 stilist Samiraldodur. Stilist tamam başqa aləmdir. Hər adam o sahənin işçisi ola bilməz. Saç ustası başqa, stilist başqa.