Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.
Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, həmin bina "Amal MTK tərəfindən inşa edilir.