Aprelin 15-də İmişlidə toyu günü başqa oğlanla qaçan qızın İmişlinin Göbəktala kəndində olması müəyyənləşib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva (ad və soyadlar şərtidir) qız toyundan sonra özündən 2 yaş böyük oğlanla yaşadığı Qaradonlu kəndindən qaçandan sonra həmin oğlanın atasının Göbəktala kəndindəki evində yaşamağa başlayıb. Yaxınları bildiriblər ki, yaxın vaxtlarda cütlüyə toy etmək niyyətindədirlər. Qızın ailəsi isə onu hələ ki, bağışlamayıb.
Bu arada qızın atasının məsələ ilə bağlı polisə etdiyi müraciət araşdırılıb və hər hansı cinayət tərkibinin olmadığı, cütlüyün nikah yaşına çatdığı, zorla qaçırılma, hər hansı məcburetmə faktının olmadığı məlum olub.
Qeyd edək ki, S.Quliyeva aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq, gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb. Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.