Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

90 XM 720 dövlət nömrə nişanlı, "Mercedes markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, "VAZ 21011 markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 21011də olanlardan biri ölüb, iki nəfər xəsarət alıb.
Digər  bir qəza isə Bakı-Qazax yolunda  baş verib. Qəza nəticəsində 7 nəfərin xəsarət alıb.
Hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vita markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb.

Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.