Ağcabədi rayonundafərdi təsərrufatlardan birində balıqlarkütləvi şəkildə tələf olub.

Unikal.org reporta-a istinadən xəbər verir ki, hadisə rayonun Hacıbədəlli kəndində yerləşən göllərdən birində qeydə alınıb.

Kənd sakini, fermer Tələt Rüstəmov "Report"a bildirib ki,bir hektardan çox ərazini əhatə edən ona məxsusgöldə 20 tondan artıq balıq tələf olub: "Mənə təxminən 60 min manatdan çox ziyan dəyib".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və ölmüş balıqlardan nümunələr götürülərək laboratoriyaya göndərilib.