Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərmətük kənd sakini 1976-cı il təvəllüdlü Vəliyev Anar İdris oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.