Xəbər verdiyimiz ki, Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

90 XM 720 dövlət nömrə nişanlı, "Mercedes markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, "VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.

Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.