Zaqatalada 51 yaşlı qadın intihar edib.
Unikal.org xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib.
Həkimlərin səyinə baxmayaraq Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 20 radələrində ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.