Dünən Bakının Biləcəri qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki,  yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyan 27 yaşlı Xumar Abbasova ailəli olub. Evdar xanım olan X.Abbasova həyat yoldaşı və 2 yaşlı körpəsi ilə birgə yaşayırmış.

Bildirilir ki, X.Abbasovanın özünü asmasından ilk olaraq həyat yoldaşı xəbər tutub. Lakin artıq gec olub. Onun ailədaxili problemlər səbəbindən həyatına qəsd etdiyi ehtimal edilir.

09:28

Bakıda 27 yaşlı qadın intihar edib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.