Bakıda keçmiş məhkumun polis əməkdaşlarının üzərinə kislota tökməsi və özünün də intihar etməsi barədə xəbər vermişdik. 

Unikal.org-un əldə etdiyi məlumata görə, xəsarət alan polis əməkdaşı Məhərrəmli Elşaddır. O, Yasamal rayon Mühafizə İdarəsində çalışır. Hadisə baş verdikdən sonra həmin polis əməkdaşı aldığı xəsarətlə əlaqədar DİN-nin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. 

Hospitaldan Unikal.org-a bildirilib ki, Məhərrəmli Elşadın hadisə nəticəsində üz və boyun nahiyyəsi yanıb. Hazırda ona lazımi tibbi xidmət göstərilir. Vəziyyəti orta-kafi qiymətləndirilir. 

Həsən Babayev