Həbsdə olan videobloqçu Mehman Hüseynov təcridxanada müayinə olunub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər: "Bildirblər ki, cərrahi əməliyyata ehtiyacı var. Deyiblər ki, onun əməliyyat olunması üçün vəkili yenidən müraciət etməlidir.
E.Sadıqov təkrar müraciət göndərəcəyini qeyd edib.
Vəkil açıqlamasında deyib ki, M.Hüseynov sağ ayağında damar genişlənməsindən əziyyət çəkir.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı təcridxanaya daxil olduğu üçün M.Hüseynov öz kamerasından çıxarılaraq tranzit (etapa gedən) məhbusların saxlandığı kameraya köçürülüb.
Qeyd edək ki, M.Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.