Ağcabədi rayonunda 27 yaşlı qadın intihara cəhd edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Arazbarı kəndində qeydə alınıb. Kənd sakini Gülsarə Qasımova həşəratlarla mübarizə üçün nəzərdə tutulan dərman içib.
G. Qasımova Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilir.