Türkiyənin Batman şəhərində keçirilən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı şənliyində faciə baş verib.
Atatürk parkında keçirilən bayram tədbirləri zaman içərisində helium qazı olan hava şarlarının partlaması nəticəsində 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Batman valisi Əhməd Dəniz qəza səbəbindən bayram tədbirlərinin ləğv edildiyini bildirib.