Biləsuvarda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Rayonun Bağbanlar kənd sakini, 1957-ci il təvəllüdlü Əzizə Ağahüseyn qızı Əliyeva yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.