Xəbər verdiyimiz kimi Bakıda halal mehmanxanalar fəaliyyət göstərəcək.
Sözügedən məsələ ilə əlaqədar Unikal.org-a turizm üzrə ekspert Ruslan Quliyev açıqlama verib. O, bildirib ki, bu mehmanxanalar fərqli konseptdə olacaq: "İslami qayda-qanunlarına uyğun formada kişilər və qadınlar üçün ayrı bölümlər olur. Belə ki, kişilər ayrı spa mərkəzi, çimərlikdə istirahət edəcəklər. Həmçinin spirtli içkilərin istifadəsi burada tamamilə qadağandır. Bütün qida məhsulları halal standartlara uyğun formada təşkil olunacaq. Konkret olaraq dini bayramlarda da, yəni istər "Ramazan bayramı, istərsə də "Qurban bayramı adətinə uyğun formada qeyd ediləcək. Həmin mehmanxananın bütün inrastrukturu o istiqamətdə ixtisaslaşır. Xüsusi olaraq orada namaz qılmaq, ibadət etmək üçün də şərait qurulur, otaqlar fəaliyyət göstərir. Həmçinin onu da deyim ki, azanın vaxtı mütəmadi olaraq elan olunur. Təbii ki, Məkkənin istiqamətini qeyd etmək şərtilə qiblə də göstərilir . Sanitar qovşağında da dəyişiklik gözlənilir. Belə ki, kranlar şılanqla olacaq".
Zaurə Əmirova