Mərhum polkovnikin oğlu 8 yaşlı Nahid ağır xəstəliklə mübarizə aparır.

Bu barədə azyaşlının anası Nərgiz Əliyeva məlumat verib. O, Nahidin atası, DİN-in polkovnik-leytenantı olmuş Elmir Əliyevin nadir ADEM xəstəliyindən vəfatından sonra ailənin növbəti çətin sınaqla üzləşdiyini bildirib. Belə ki, E.Əliyevin vəfatının ardından ailənin böyük övladı, 8 yaşlı Nahid Əliyevin beynində şiş aşkar edilib:
"Mən bu az yaşımda sevdiyim insanı aylarla çəkən ağır xəstəlikdən sonra itirdim. Onun xəstəliyi dövrÅ«ndə oğlumun da başında yenidən şişin yarandıÄ£ını hər il apardığımız kimi mÅ«ayinə zamanı öyrəndim. Bilirsiz necə ağır bir vəziyyətdir? Bir tərəfdə yoldaşın, bir tərəfdə övladın-¦ 6 il əvvəl övladımızın xəstəliyində dostların qohumların köməkliyi ilə bu problemin öhdəsindən gəldik. Yoldaşımla çiyin- çiyinə mÅ«barizə apardıq. Övladımız Å«çÅ«n Iki gÅ«n yad bir ölkədə xəstəxananın dəhlizində yatdıq. Əməliyyatdan sonra yaranan hərəkətsizliyi aradan götÅ«rmək Å«çÅ«n illərlə əlimizdən gələni etdik. Mənim yanımda olub dəstəkləyən qohumlarimiz dostlarimiz olsa da, Elmirsiz çox çətindir, bu məsuliyyəti tək daşımaq doğurdan da çox çətindir. Atası vətəninə dövlətinə çox baÄ£lı bir insan və hərbiçi idi. "Dövlətimin QALİB ƏSGƏRİ olmaq mənim Å«çÅ«n ən böyÅ«k və şərəfli vəzifədir deyərdi Elmir. Sizlərdən xahişim köməyinizi övladımdan əsirgəməyin, bunu ölkəmin qalib əsgərinin həyat yoldaşı və anası kimi istəyirəm. Elmir edə bilmədiklərini övladının həyata keçirməsini istəyərdi. Nahid deyir ki, "mən böyüyəndə həkim olacam. Atamı xilas edə bilmədim. Amma başqa ataları xilas edəcəm. Qoy, Nahid balam yaşasın ki atasını yaşatsın-¦"



Ananın sözlərinə görə, Azərbaycanda riskli olduğuna görə heç kim bu əməliyyatı üzərinə götürmür. Əməliyyat təəcili olaraq Türkiyədə olmalıdır:

"Nahid 2011-ci ilin mart ayında Türkiyədə 2 yaşında başında su yığıldığına görə 2 gün ardıcıl olaraq 2 dəfə əməliyyat keçirib. Əməliyyatdan sonra geriləyən fiziki imkanlar illər ötdükcə irəlilədi və 90% düzəldi. Ancaq indi beynin başqa bir yerində şiş əmələ gəlib. 8 yaşındakı Nahidi həkim yenidən əməliyyata dəvət edir. Lakin bu səfər xəstəxana 50000 dollar istəyir. Əgər əməliyyat edilməsə bir neçə aydan sonra fiziki imkanlarını, xüsusilə gözlərini itirə bilər. Sonra isə şiş böyüdükcə beyindəki damarları və sinirləri zədələyərək daha böyük və pis nəticələrə gətirib çıxara bilər"

N.Əliyeva hər kəsdən "1 manat, 1 həyat" kampaniyasına qoşulmağa çağırıb:
"Hazırda 1 aydır ki, "facebook"da başlatdığımız aksiyada məbləğin 10%-i yığılıb. Elmirin xəstəliyi ilə əlaqədar bütün hər şeyimizi satdıq. Əlimizdə heç bir satılacaq nəsə yoxdur. Mən bütün xalqımdan şərəfli zabit oğlunu ölümlə baş-başa buraxmamağa çağırıram. Nahidi xilas etmək istəyənlərin bizə kömək etməsini rica edirəm".

Ödəniş etmək üçün:
Bank of Baku
Hesab nömrəsi: 3801000GB605774A58
İBAN: AZ08JBBK003801000GB605774A58
MilliÖn vasitəsilə ödəmək üçün:
Müştəri kodu: 672690
Doğum tarixi: 12.02.1983
---------------------
Hesab nömrəsi: 3801000GB605774A58
Şəxsiyyət Vəsiqəsi: AZE13285962

Əlaqə üçün:
055 682 68 61