Bu gecə İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, inkubator sexinin içərisindəki ev quşları tüstüdən boğularaq tələf olub.
Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.