Şərqi Azərbaycanda daşqınlar zamanı itkin düşənlərin axtarışı yenidən başlayır.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, vilayətinin Böhranı İdarəetmə Baş İdarəsindən mediaya verilən açıqlamada axtarışların yeni mərhələsinə 1200 mütəxəssisin cəlb edildiyi bildirilib.

Axtarışların yeni mərhələsində indiyə qədər axtarılan bölgələr yenidən və daha diqqətli şəkildə yoxlanacaq.

Qeyd edək ki, sel və daşqın zamanı Şərqi Azərbaycan vilayətində həlak olan 44 nəfərdən 41 nəfərin meyiti tapılıb. Hadisədən 13 gün keçməsində baxmayaraq, 3 nəfərin meyiti hələ də tapılmayıb.

Aprelin 14-də Şərqi və Qərbi Azərbaycan vilayətlərində sel və daşqın fəlakəti baş vermişdi. Hadisə nəticəsində ümumilikdə 49 nəfər həyatını itirmiş, yaşayış məntəqələri və infrastruktura ciddi ziyan dəynişdi. Sel və daşqın zamanı ölənlərin 40 nəfəri Şərqi Azərbaycan vilayətinin Əcəbşir və Azərşəhr şəhərlərindən olub.