Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Dağıstan ərazisində baş verib.
Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir.
Yanğın 2 hektar sahəni əhatə edir. Əsasən quru ot və kollar yanır.