Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 3-ü Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil.

***13:43

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

***