Daxili İşlər Nazirliyi dünən Salyan rayonunda Yol Polisi Xidməti əməkdaşlarının düşdüyü qəza ilə bağlı açıqlama yayıb.
Unikal.org-un verdiyi xəbərə görə, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi "Mercedes" və Natiq Məmmədyarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, N.Məmmədovyarov YPX əməkdaşıdır.