Bu gün səhər saatlarında Binəqədi rayonunda güclü yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 3000 m2 olan, bir-birinə bitişik tikilmiş on bir vətəndaşa məxsus doqquz evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər iki vətəndaşa məxsus 2 otaqlı evin 1 otağı və başqa bir evin isə mətbəxi yanıb.

Yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.