Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələri məhv etməklə yanaşı, onları saxtalaşdırmaqla da məşğuldur.

Unikal.org femida.az-a istinadən xəbər verir ki, ermənilər bu dəfə Şuşa şəhərini əhatə edən qala divarlarının və Şuşada yerləşən digər tarixi abidələrin köhnə daşları çıxarılır. Qədim tarixi abidədən çıxarılan hissələrə erməni hərfləri ilə yazılan daş lövhələr yerləşdirilir. İki gün öncə ermənilər tərəfindən paylaşılan fotolarda dediyimiz faktı asanlıqla görmək olur.