Paytaxtın Xətai rayonunda mənzildə 72 yaşlı kişi meyiti tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.