ABŞ hərbçiləri Yəməndə "Ərəbistan yarımadasında Əl-Qaidə terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Unikal.org xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

"Aprelin 23-də hava zərbəsi nəticəsində "Əl-Qaidə terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib - deyə Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib.