Ağdaş rayonunda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib.
Unikal.org report-a istinadən xəbərinə görə, rayonun Ortaləki kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Firdovsi oğlu Vaqifzadə ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib.
Xəstəxanadan bildirilib ki, hazırda O.Vaqifzadənin vəziyyəti qənaətbəxşdir. Müayinələr zamanı onun dərman preparatları qəbul edərək özünü öldürməyə cəhd etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.