Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, gün ərzində ümumilikdə 45 830 kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.



cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib