Şirvan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə ötən gün axşam saatlarında şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yolun kənarındakı dirəyə çırpılması nəticəsində sərnişinlər - şəhərin Mehmandarov küçəsinin sakinləri, 26 yaşlı Vadim Viktoroviç Durakov və 27 yaşlı İntiqam İsgəndər oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilk tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.