Almaniya Bundesliqasnın 31-ci turunda keçirilən "Wolfsburg" - "Bayern Munich" (0:6) matçında meydan sahiblərinin yarımmüdafiəçisi Luis Qustavo qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollanıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, Ranto Sanşeşə qarşı hərəkətinə görə "sambaçı" Bundesliqa karyerasında 8-ci qırmızı vərəqəni alıb. Qustavo bu göstərici ilə "Bayer Leverkusen"in sabiq futbolçusu Yens Novatnıya çatıb. Hər iki futbolçu bu antirekordu bölüşür.