Abşeron rayonunun Saray qəsəbəsində yol qəzası baş verib.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, "99-BH-303" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobil Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir.
Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.