Bakıda 44 yaşlı kişi özünü asaraq intihar edib.

Unikal.org report-a istindən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birində 1973-cü il təvəllüdlü Valehov Valeh Bəxşiş oğlu özünü şalvarının kəməri ilə asaraq intihar edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.