Bakıda ahıl qadın özünü asaraq intihara cəhd göstərib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Həsən Əliyev küçəsində yerləşən binaların birində 1944-cü il təvəllüdlü Mustafayeva Svetlana Səməd qızı özünü asaraq intihara cəhd göstərib. Evdə olan yaxınları onu xilas edərək xəstəxanaya yerləşdirib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.