Bakıda əcnəbi vətəndaşın pulqabısını əlindən alan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında qeydə alınıb.

Belə ki, əcnəbi vətəndaş Dean Simpsonun içərisində 467 manat və üç ədəd bankiomat kartı olan pulqabısını açıq talama yolu ilə əlindən alan Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.