Yol polisi növbəti dəfə qayda pozuntusuna yol verib. Hadisə Bakı-Quba yolunda, DYP-nin ekologiya postu yaxınlığında baş verib.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, DYP əməkdaşı xidməti avtomobili ilə qəfildən yola çıxaraq əks istiqamətdə hərəkət edib.
Bu zaman DYP avtomobilinin sayrışan işıq və xüsusi səs siqnalı qoşulu olmayıb. Bununla yol polisi yolda qəza şəraiti yaradaraq həm özünün, həm də hərəkətdə olan digər sürücülərin həyatını təhlükəyə atıb. Qarşıdan gələn sürücü son anda qəzadan qurtula bilib.
Videodanda göründüyü kimi hadisə aprelin 28-də baş verib.