Xəzər dənizində zəlzələ olub.
Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, yerli vaxtla saat 10:23-də Xəzər dənizində qeydə alınan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, təkanların maqnitudası 3.0, dərinliyi isə 60 km olub.