Bakıda intihara cəhd olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 23 yaşlı Nuranə Əjdər qızı Mustafayeva damarlarını doğrayıb. Nəticədə o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.