Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Zərdabi kənd sakini Poladov Hikmət Fikrət oğlu Birinci Nügədi kəndində idarə etdiyi "VAZ-21012" markalı avtomobil ilə yerli sakin, 1974-cü il təvəllüdlü Mirzəyev Sabit Veysəlqara oğlunu vurub.
Yaralı, sürücü tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xəstəyə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol qamış sümüyünün sınığı, sol said sümüyünün sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.