İçərisində 40 min manata yaxın pul olan seyfi oğurlamış Bakı sakinləri tutulublar.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38 200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.
Nizami rayon Polis İdarəsi 25-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.