Qazaxda ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Unikal.org ARB TV-yə istinadla xəbər verir ki, hadisə İsmayıl Bayramova məxsus tikilidə baş verib.
Fövqəladə Hallar Nazirliyinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
Firuddin Əhmədov - Şahid: "Hər şey yanaraq kül olub. Evdən heç nə çıxara bilməyiblər. Təzə təmirdən çıxıb, 2-3 ay olar.
Faktla bağlı araşdırma aparılır.