"Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun".
Unikal.org xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu vurğulayıb: "Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi ili" elan edib. Bu çərçivədə yarış Azərbaycanda keçiriləcək. Tədbirin təhlükəsizliyi təbii ki, təmin olunacaq".