Bu gün Dağıstanda baş verən zəlzələ Azərbaycanda hiss edilib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - şərqdə Dağıstan ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub.
Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.