Türkiyə polisi Erdemli, Silifke, Anamur və Mut rayonlarında apardığı əməliyyat zamanı beynəlxalq fahişəlik şəbəkəsini çökdürüb.
Unikal.org xəbər verir ki, 3 ay ərzində müxtəlif obyektlərdə aparılan yoxlama zamanı 24 adam həbs olunub və əməliyyatda zorla fahişəlik etdirilən 14 xarici ölkə vətəndaşı saxlanılaraq deportasiya edilib. Onlar arasında azərbaycanlı qadınlar da var.
Qadınları fahişəliyə məcbur edən 3 Suriya, 1 Azərbaycan (qadın), 1 Mərakeş və 2 Gürcüstan və 17 Türk vətəndaşı olmaqla ümumilikdə fahişəlik şəbəkəsinin 24 üzvü tutulub.
Edilən axtarışlarda qadınlara zorla sənədlər imzalatdırılıb, pasportları, cib telefonları əllərindən alınıb. El qoyulan vəsaitlər arasında Fətullah Gülənin yazdığı 2 kitab da aşkarlanıb.