Bakının Yasamal rayonu, H.Cavid prospektində tikilən yeraltı keçidin tikinti işləri yekunlaşmaq üzrədir.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yeraltı keçiddə tamamlanma işləri aparılır: "Mayın sonuna qədər keçidin istifadəyə verilməsi planlaşdırılır. Amma dəqiq gün məlum deyil".