Bu gün Avropa Liqasında (AL) yarımfinal mərhələsinə start verilib.
Unikal.org-un məlumatına görə, "Ayaks turnirin favoritlərindən sayılan "Lionu qəbul edib.
Hollandiya təmsilçisi "Selta, "Standard və "Panatinaikosla birgə yer aldığı G qrupunda 14 xalla birinci yeri tutaraq, növbəti mərhələyə adlamışdı. 1/16 finalda Polşanın "Legiya klubunu (0:0, 1:0), 1/8 finalda isə Danimarka təmsilçisi "Kopenhageni (1:2, 2:0) mübarizədən kənarlaşdıran "Ayaks 1/4 finalda iki oyunun nəticəsinə görə (4:3) "Şalkedən üstün olub.
"Lion isə Çempionlar Liqası ilə vidalaşdıqdan sonra mübarizəni Avropa Liqasında davam etdirməli olmuşdu. Turnirin 1/16 final mərhələsində "Alkmaarı (4:1, 7:1), 1/8 finalda isə iki oyunun nəticəsinə görə (5:4) "Romanı üstələyən "uşaqlar 1/4 finalda "Beşiktaşla qarşılaşmalı olublar. İlk görüşdə "qara qartala 2:1 hesabı ilə qalib gələn Fransa təmsilçisi cavab görüşünün əsas vaxtında 1:2 hesabı ilə uduzub. Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxta, sonra isə penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə 7:6 hesablı qalibiyyət "Lionu yarımfinala daşıyıb.

İki komanda arasındakı ilk oyun isə gözlənilənlərin əksinə böyük hesabla başa çatıb. Gənc oyunçulardan ibarət heyəti ilə fırtına kimi əsən meydan sahibləri fransızları da boynubükük yola salıb. Amsterdam təmsilçisi "Lion"un qapısından 4 qol keçirib. Rəqibin isə gücü sadəcə təsəlli qoluna çatıb ki, bu səfər qolu sayəsində "Lion"un cüzi də olsa şansı qalıb.
Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
3 may
"Ayaks (Hollandiya) - "Lion (Fransa) - 4:1
Qollar: Traore, 25, 71, Dolberq, 34, Yunes, 49 - Valbuena, 66