Bakıda tikinti mağazasında fəhlə işləyən bir nəfər şəxsiyyət vəsiqəsini müdirə verdiyi üçün işə düşüb. Müdir Xəyal Adıgözəlov onun adına 41 min manat kredit götürüb. Onun müraciətindən sonra polis müdirin dələduz olduğunu müəyyən edib.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, Vüsal Əliyevin etdiyi səhv ona baha başa gəlib. Tikinti materialları mağasında işlədiyi zaman şəxsiyyət vəsiqəsini müdirə verməsindən sonra problem yaşayıb.

Onun şəxsiyyət vəsiqəsinin məlumatları tikinti şirkətlərindən birinə ötürülüb. Zərərçəkən iddiasına görə, bir müddət keçəndən sonra şirkət əməkdaşları mağazaya gəliblər ki, Vüsal Əliyevə müqavilə imzalatdırsınlar.

İndi Vüsal Əliyev düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün Xəyal Adıgözəlovu polisə verib. Lakin həmin şəxsi tapa bilmir.