Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının tavanının uçması və nəticədə mənzildə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi
xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və
aidiyyati üzrə təhvil verib.
Əməliyyat saat 23:06-da başa çatıb.