Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsi: elmi-praktik seminarlar layihəsi çərçivəsində "Heydər Əliyev və Azərbaycan sərhəd mühaÂfizəsi mövzusunda elÂmi-praktik seÂminar keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov seminarın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilÂdiyini, bu cür tədbirlərin Heydər Əliyev irsinin, Ümummilli LiÂderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrəÂnilməsi, gənc nəslin vətənÂpərvərlik ruhunda tərbiyəsi baxıÂmından əhəÂmiyyətli olmasını qeyd edib.
Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının KoÂmandanı general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin yaranÂması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyÂyətlərin əsasının Heydər Əliyev tərəfindən qoyulmasını diqqətə çəkib.
Seminar iştirakçılarına Azərbaycan SərÂhəd Mühafizəsinin inkişafına Ulu Öndər Heydər Əliyev tərəfindən göstəÂrilmiş ali diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, inÂteraktiv təqdimat formasında Ulu Öndərin sərÂhədÂçilərlə görüşÂləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən Dövlət Sərhəd XidÂməÂtinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının forÂmaÂlaşdırılması sayəsində Azərbaycan sərhədçilərinin xidməti fəaÂliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qeyd olunub.
Azərbaycan ResÂpublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə 32 dəfə səfər etÂməsi, bu rəqəmin təkcə region dövlətləri üçün deÂyil, bütün dünÂya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəÂfinÂdən göstərilən ali diqqət və qayğının göstəricisi, Dövlət SərÂhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymət olması xüsusi qeyd olunmuş, həmin səfərlər barədə interaktiv təqdimat nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliÂyevin sərhəd mühafizəsi sahəsində islahatlara ali dəstəyi sayəÂsində Dövlət Sərhəd Xidmətinin 14 hərbi hissə kompleksinin, 658 xidməti binanın inşa edilməsi, 130 min 191 nəfər sərhəd və reÂjim pozucusunun, 24 min 259 nəfər axtaÂrışda olan şəxsin saxlaÂnılması, təxmini dəyəri 106 milyon manat olan qaçaqÂmalın, 4 ton narkotik vasitələrin dövlət sərÂhədindən keçirilməsinin qarşısı alınması, 385 ton narkotik mənşəli bitki kolunun aşkar olunması, xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərÂçivəsində 81 şəxsin saxlanılması, qanunsuz miqrasiya, qaçaqÂmalçılıq, o cümÂlədən narÂkotik qaçaqmalçılığı ilə məşğul olan 123 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə seminar iştirakçılarına məlumat verilib.